Bazar ertəsi , Sentyabr 28 2026
azfa

PKK terror təşkilatı Kərkükdə türkmənlərə qarşı yeni təxribata başlayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, qədim türkman şəhəri Kərkükdə PKK terror qruplaşması İsrailin dəstəyi ilə öz yeni təxribata başlayıb.

Təkcə Kərkükün mərkəzində 6 ofisi olan terror qruplaşması “El Aman” adı altında fəaliyyət göstərən İsrail şirkətinin maliyyələşdirdiyi şəhər ətrafındakı bürolara da sahibdir.

Terror qruplaşması isə bu şirkətlərin təhlükəsizliyini təmin edib, onlara fasiləsiz məlumat axını təmin edir. Qəndil xaricində yeni mərkəzlər axtarışına çıxan PKK Sincar və Mahmurdan sonra Kərkükün cənubundakı Tuzhurmatu və Dakuk bölgələrində də hərbi qərargahlar qurub.

Kərkük çevrəsindəki PKK düşərgələrində İsrail hərbçiləri terrorçulara bomba, silah və təxribat təlimləri keçir. İsrail həmçinin yeni strategiyasını dronlar üzərində quran PKK-ya texniki dəstək də verir.

“İsrail sayəsində terror qruplaşması bölgədə at oynadır. Sionistlər iraqlı iş adamları maskası altında bölgə xalqını aldadaraq ən məhsuldar torpaqları alırlar. Tarixi əsərlər və qalalarda qeyri-qanuni fəaliyyətlər icra edilir. İlkin araşdırma və kəşfiyyat aparıldıqdan sonra yüzlərlə tarixi əsər PKK terrorçularının yardımı ilə İsrailə aparılıb. Müsəlmanlar sürətlə xristianlaşdırılır. Bölgə sakinləri xristian olaraq Avropaya getmək üçün icazə kağızı alır. Dinini dəyişənlərin sənədləri dərhal hazırlanır. Daha sonra həmin şəxslər Avropaya göndərilir”, – İraq Türkman Cəbhəsinin rəsmisi Məhməd Seman bildirib.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın