Cümə axşamı , Fevral 12 2026
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Həkimə Əhmədini döyərək yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğlaçı və irqçi fars rejimin məmurları 2018-ci il oktyabrın 26-da Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəal Həkimə (Sevda) Əhmədinin evinə hücum edərək, fəalı döyərək yaxalayıblar.

Evə vəhşicəsinə hücum edən rejimin məmurları fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla hədələyiblər. Məmurlar vəhşicəsinə evdə axtarış aparıb, evin bir çox əşyasını sındırıblar.

Rejimin ETTELAAT qüvvələri tərəfindən yaxalanan fəal naməlum istiqamətə aparılıb. Azərbaycanlı fəalın nədə ittiham edildiyi hələlik məlum deyil.

Qeyd edək ki, azərbaycanlı xanım fəal Həkimə Əhmədinin iki uşağı var. O sentyabrın əvvələrində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

 

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın