Azərbaycanlı milli-mədəni fəal Səccad Monadi Muğanda məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Parsabadda yerləşən məhkəməsi 2018-ci il oktyabrın 25-də azərbaycanlı milli-mədəni fəal Səccad Monadini rejimin Məhkəməsinə çağırdı.

Azərbaycanlı fəal 5 gün müddətində rejimin Muğanın Parsabad şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir.

Fəalın nə səbəbə görə məhkəməyə çağrıldığı və nədə ittiham edildiyi qeyd edilməyib və yalnız yazılıb ki, “Polis İdarəsinin hesabatına görə, izahat vermək və ittihamların açıqlanması ilə bağlı məhkəməyə müraciət edin”.

Qeyd edək ki, 2018-ci il sentyabr ayının 12-də rejimin Parsabad şəhərində yerləşən ETTELAAT İdarəsinin rəisi Həzrəti də daxil olmaqla məmurları azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin ata evinə hücum edərək, fəalı yaxalamaq istəyiblər. Lakin fəal evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb. Rejimin məmurları evdə axtarış aparıb, fəala aid kompüter, flash kart, pasport və milli kartı müsadirə edərək, özləri ilə götürüblər.

Bundan sonra isə rejimin Parsabadda yerləşən ETTELAAT İdarəsi Səccad Monadiyə qarşı saxta dosye təşkil edib, onu şərləyiblər.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …

Bir cavab yazın