Çərşənbə , May 14 2025
azfa

İşğalçı fars rejim azərbaycanlı fəalların köməksiz qalan türkmənlərə yardımlarını müsadirə edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim Güney Azərbaycanda azərbaycanlı fəalların köməksiz qalan türkmənlərə tolayıb çatdırmaq istədikləri yardımları müsadirə edib.

Güney Azərbaycandan əldə etdiyimiz məlumata görə, rejimin polis qüvvələri Kəleybərdə və Miyanada azərbaycanlı fəalların rejimin səbəbkarı olduğu sel fəlakətinin qurbanı olan türkmənlərə topladığı yardımı müsadirə ediblər. Rejimin məmurları həmin yardımların Qızıl Aypara vasitəsilə çatdırılacağını iddia etsələr də, lakin əməldə heç bir dövlət qurumu köməksiz qalan türkmənlərin dadına çatmayıb.

Rejim bu vasitə ilə Güney Azərbaycan və Güney Türkmənistan türklərinin həmrəylik və birliyinə kölgə salmaq istəyir.

 

Həmçinin yoxlayın

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq …

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, …

Bir cavab yazın