Cümə axşamı , Yanvar 2 2025
azfa

İşğalçı fars rejim Sarabda çox sayda azərbaycanlı fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il dekabr 31-də işğalçı və irqçi fars rejim Güney Azərbaycanın Sarab şəhərində çox sayda azərbaycanlı fəalı kütləvi şəkildə həbs etdi.

Hələlik yaxalanan fəallardan ancaq bir neçəsinin adları məlumdur. Rejimin məmurları bu gün saat 14:00-da azərbaycanlı fəal Səhənd Məalini öz iş yerində, azərbaycanlı fəal Vəhid Nurəhmədini saat 14:00-da öz evində, yenə saat 14-də azərbaycanlı fəal Heydər Məzinini öz iş yerində və saat 14:00-da Məhəmməd Rəncbəri öz evində yaxalamışdır. Adları məlum olan və olmayan yaxalanan azərbaycanlı fəalların harada saxlanması barədə məlumat yoxdur.

Adları məlum olan fəallardan başqa digər fəalların da yaxalandığı və onların adlarının hələlik bilinmədiyi bildirilir.

Qeyd edək ki,azərbaycanlı fəallardan Səhənd Məali Babək Qalası Qurultayı ərəfəsində rejimin məmurları tərəfindən yaxalanıb  və daha sonra heç bir günahı olmadan 10 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın