İşğalçı fars rejimdən İbrahim Nuri və Cəfər Rüstəmirad barəsinddə həbs, sürgün və qadağa hökmü

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin məhkəməsi İbrahim Nuri və Cəfər Rüstəmirad barəsində həbs, sürgün və qadağa hökmü verdi.

Çıxarılan qərara əsasən, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmirad isə 6 ay həbs cəzasına məhkum edilib. Fəalların ikisinə də qrup və ictimai-siyasi birliyə üzv olmaq, eləcə də mətbuat fəaliyyətindən məhrum edilib.

Həmçinin İbrahim Nurinin 2 il müddətinə Əfqanıstan sərhəddində yerləşən Nehbəndan şəhərinə sürgünə göndəriləməsi barədə qərar çıxarılıb.

Şifahi açıqlanan hökmdə bildirilib: “İbrahim Nuri 30 dəfədən çox saxlanılıb və heç zaman mövqeyini dəyişməyib, eləcə də dəyişəcəyinə ümid də yoxdur. Onu tənbeh etmək də mümkün deyil”.

Azərbaycanlı fəal Rüstəmiradın dosyesində 7 aylıq həbs cəzası, budəfəki məhkəmə hökmünə əsas verən dəlillərdən biri kimi qəbul olunub.

Qeyd edək ki, əhərli fəal İbrahim Nuri hüquq ixtisası üzrə təhsil alır və hazırda Tehranın Evin zindanında Qarabağ və uyğur müsəlmanlarının hüquqlarını müdafiə etdiyinə görə 6 aylıq həbs cəzası çəkməkdədir.

 

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …

Bir cavab yazın