İşğalçı fars rejimin Ərdəbil Bələdiyyəsindəki əlaltıları türk toponimləri dəyişdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Ərdəbil Bələdiyyəsindəki əlaltıları Azərbaycanın bu bölgəsindəki türk toponimləri dəyişdirir.

Ərdəbil Bələdiyyəsinə nüfuz etmiş irqçi fars rejimin əlaltıları artıq bu şəhərin “Ellər bağı” parkının adını da dəyişdirilərək “Mir Əşrəf” adlandırılıblar.

Parkın Mir Əşrəf məhəlləsində yerləşməsi isə rejimin əlaltılarının bu parkın türk mənşəli adını dəyişməsinə bəhanə olub.  Lakin Azərbaycan türk milləti, eləcə də “Mir Əşrəf” məhəlləsinin sakinləri rejimin əlaltılarının türk mənşəli topnimləri dəyişməyə çalışma cəhdini görüb bu qərəzli addıma etiraz ediblər. Əhali parın öz türk mənşəli adının qaytarılmasını tələb edir.

Qeyd edək ki, Ərdəbilin şimal hissəsində yerləşən  “Ellər bağı” parkı bu şəhərin 2 hiktardan çox sahəsi olan tarixi parklarındandır birdir.

Rejimin əlaltıları həmçinin Savalan adını Səbəlan və Sarıqaya adını isə Səreyn kimi yazaraq dəyişiblər.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın