GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbil bələdiyyəsindəki əlaltıları Ərdəbil bazarında Unçu meydanının adını farslaşdırıb, təhrif edərək Ardmeydan qoydular.
İrqçi fars rejimin məmurları bu məqsədlə Ərdəbil bazarında Unçu meydanında yerləşdirilmiş adın türkcə yazılmış tablosunu dəyişib və farsca adı yazılmış tablo asıblar. Bu isə Azərbaycan türk millətinin kəskin etirazı ilə qarşılaşmış.
Qeyd edək ki, irqçi və işğalçı fars rejim Azərbaycan türk millətini assimilyasiyaya uğratmaq məqsədilə türkcə yer adlarını farslaşdırır.