İşğalçı fars rejimin irqçi və antitürk təhsil nazirinin impiçmenti gündə gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin irqçi və antitürk təhsil naziri Məhəmməd Bəthainin impiçmenti gündə gəldi. Bu barədə Təhsil Komissiyasından açıqlama verilib.

Məlumata görə, irqçi təhsil naziri 10 gün müddətində məclisə gəlməli və açıq iclasda izahat verməlidir.

Qeyd edək ki, irqçi fars rejimin təhsil naziri Məhəmməd Bəthai növbəti dəfə ölkədə qeyri-fars millətlərinin ana dilini hədəfə alıb. O bu barədə avqustun 28-də təhsil və tədqiqat komissiyasının nazirin hesabat verməsi mövzusunda keçirdiyi iclasda danışıb. Məlum olub ki, onun suallara verdiyi cavablar millət vəkillərini qane etməyib. Bəthainin məclisdə hesabat verməsi ilə bağlı tələb məclisin Rəyasət Heyətinə göndərilib.

Bəthayi qeyri-fars dillərinin əleyhinə səsləndirdiyi irqçi açıqlamasına qarşı verilən reaksiyalara belə cavab verib: “Əldə olunan məlumatlara görə, bəzi məktəblərdə dərslər (fars dilində olan mətnlər) qövmlərin dilində tədris olunur. Halbuki, məktəb ev və küçədə ana dilində söhbət edən şagirdlərin farsca öyrənməsi məkanıdır.”

Nazir öz irqçi iddialarını əsaslandırmaq üçün qeyd edib ki, “mən şəhərlərin birində bir dərs otağına getdim. Şagirdlərin birinə dərsi ilə bağlı bir sual verdim. O məni başa düşmədi. Müəllim sualımı şagirdin ana dilinə tərcümə etdikdən sonra o sualı cavablandırdı.”

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın