Bazar ertəsi , Oktyabr 7 2024
azfa

İsrail İran dronları ilə mübarizə aparmaqla bağlı Bəhreyn rəsmiləri ilə danışıqlar aparıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Haaretz” qəzeti yazıb ki, İsrailin xarici işlər naziri “İranın insansız uçaq təhdidlərinə qarşı birgə fəaliyyət”lə bağlı Bəhreyn hökumət rəsmiləri ilə görüşərək danışıqlar aparıb.

İsrailin xarici işlər naziri Yair Lapid Manamaya səfəri zamanı “İranın insansız uçaqlarının hücumlarına” cavab vermək üçün Bəhreyn rəsmiləri ilə birgə əməkdaşlığı müzakirə edib.

İsrailin məlumatlı mənbəsi iddia edib ki, İran hərbi dron imkanlarını inkişaf etdirib və bu məsələlər hamını narahat edir. Lapid və bəhreynli həmkarı Əbdüllətif əl-Zayani bir Amerika döyüş gəmisini ziyarət ediblər ki, İsrail rəsmilərinin sözlərinə görə, bu da İrana açıq mesajdır.

İsrailin xarici işlər naziri habelə Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ilə də görüşərək İran da daxil olmaqla təhlükəsizlik məsələlərini və iqtisadi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb./Azadiran

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …