İsrail İran raketlərini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İsrail dünən Suriyada İran adlanan ölkənin “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman edib.

Bu məlumatı İsrailin “Nziv” portalı yayıb. Məlumata görə, İsrail bu raketlərin yerləşdiyi anbarları öz şəhərlərinə zərbə endirməsi təhdidiylə əlaqədar məhv edib.

“Əl Ərəbiyyə” televiziyası isə İsrailin Dəməşqdə zərbə endirdiyi üç anbarın hamısının İrana məxsus olduğu haqqında məlumat yayıb.

Qeyd edək ki, bundan öncə İsrail qırıcılarının Livan ərazisindən Suriyaya girərək, Dəməşqdə bormbardman həyata keçirdiyi haqda məlumat və video yayılmışdı.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …

Bir cavab yazın