İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, o cümlədən onun yeraltı Natanz uranın zənginləşdirmə obyektinin yerləşdiyi ərazini hədəf alıb.

İsfahan yaxınlığındakı aviabaza isə uzun müddətdir ki, İranın 1979-cu il İslam inqilabından əvvəl alınmış Amerika istehsalı olan “F-14 Tomcats” donanmasının saxlandığı yer olub. Bu iki fakt İsarilin niyə İsfahanı hədəf almasını aşkarlayır. Natanz obyekti ilə bağlı mediada maraqlı faktlar aşkarlanıb.

Natanz obyektinin yerüstü və yeraltı tikililəri var. Bayden administrasiyası ilə “JCPOA” danışıqlarının uğursuzluğundan sonra, İranın uranın zənginləşdirilməsi zavodunun həssas hissələrini yeraltına köçürdüyü güman edilir. Bu obyektin yerin 80-100 metr altında olduğu güman edilir.

Natanz obyektindən paylaşılan ən son görüntülərdən bu obyektin hər ikisi şərq və qərbdə olmaqla, toplamda dörd ayrı yeraltı girişi mövcuddur.

Natanz müxtəlif növ hava hücumundan müdafiə silahları ilə ciddi şəkildə müdafiə olunur. İranın nüvə obyektinə hücum İsrail üçün çətin bir missiya hesab edilir. Lakin tam təhciz edilmiş F-15EX və C-130-ların alçaq hündürlüklərdə uçması ilə bu müəssisələrin çoxsaylı girişlərinə KAMIKAZE tipli hücumların həyata keçirilməsi mümkündür.

Həmçinin, İsrail artıq onu qorumaq üçün ABŞ-ın əli lazım olduğuna inanmır. Görünür, İsaril İrana qarşı mübarizə çərçivəsində ənənəvi üsullardan imtina edir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …