Bazar , Oktyabr 27 2024
azfa

İsrail İranda hücumunun nəticələri açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı cavab əməliyyatı çərçivəsində uzaqmənzilli ballistik raketlər üçün bərk yanacaq istehsal edən onlarla obyekti məhv edib və bu, Tehranın inventarını artırmaq qabiliyyətinə ciddi ziyan vurub. Bu barədə “Walla” nəşri yazıb.

Bildirilib ki, vurulan hədəflər İranın təkbaşına istehsal edə bilmədiyi və Çindən alınması lazım olan mürəkkəb avadanlıqlar olub.

Nəşr üç anonim İsrail mənbəsinə istinadən qeyd edib ki, hədəflər İranın ballistik raket proqramının kritik komponenti olub.

İsrail mənbələri həmçinin əməliyyat zamanı Tehrandakı nüvə və enerji obyektlərini qoruyan strateji yerlərdəki dörd S-300 hava hücumundan müdafiə batareyasına hücum edildiyini təsdiqləyib. Pilotsuz təyyarələr istehsal edən fabrik və “Parçin” hərbi kompleksində yerləşən obyekt də hücuma məruz qalıb, sonuncularda keçmişdə nüvə silahı üzrə tədqiqat və təkmilləşdirmə işləri aparılıb.

Ərəbdilli “Elaf” qəzeti İsrailin İrandakı gizli ballistik raket zavodunu hədəf aldığını, “Xeybər” və “Hacı Qasım” raketlərini gücləndirmək üçün istifadə edilən çoxlu sayda ağır yanacaq qarışdırıcısını məhv etdiyini açıqlayıb.

Məlumatda ballistik raket zavodunun tamamilə məhv edildiyi vurğulanıb. Bir mənbə “Elaf”a bunun “İranın raket sənayesinin onurğa sütunu” olduğunu və İsrailin onu “xidmətdən çıxardığını” deyib.

Nəşr məhv edilmiş fabrikin istismara qaytarılmasının ən azı iki il çəkəcəyini hesab edir.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta və Sara xanım Azərsun Türkiyə Cümhuriyyətinin 101 illiyi tədbirlərinə qatılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının …

Salar türkləri, yaşadığı yerlər və dili

GADTB: “Türk dilinin sehirli dünyası” rubrikamızda Çin tərəfindən rəsmi olaraq türk və sünni-müsəlman kimi qəbul …