GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail qırıcıları Suriyada İranın Sepah terrorçularına ağır zərbələr endirib.
Türkiyə mətbuatının yazdığına görə, Deyr əz-Zor şəhərində sepah terrorçuları, İrana bağlı muzdluların və Əsəd rejimi əsgərlərinin olduğu hərbi qərargah, bundan başqa bəzi müşahidə məntəqələri hava zərbələri nəticəsində vurulub.
Hücum zamanı 49 sepah terrorçusu və İran muzdluları, 1-i polkovnik olmaqla 11 Əsəd ordusunun hərbçisi məhv edilib.