Şənbə , Oktyabr 17 2026
azfa

İsrail ordusu Tehranın məntəqə 3 əhalisinə xəbərdarlıq edib

GADTB: İsrail ordusu Tehranın məntəqə 3 əhalisinə xəbərdarlıq edib. Elanda yazılıb: Xəritədə göstərilən ərazidə olan bütün şəxslərə təcili xəbərdarlıq:

 “Hörmətli vətəndaşlar, təhlükəsizliyiniz üçün Tehranın 3-cü məntəqəsində qeyd olunan ərazini dərhal tərk etməyinizi xahiş edirik.

Yaxın saatlarda İsrail ordusu son günlər Tehran yaxınlığında etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna hücum etmək üçün bu ərazidə hərəkətə keçəcək.

Bu ərazidə olmanız həyatınızı təhlükə altına qoyur”.

Eyni zamanda İsrailin baş naziri Binyamin Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin Tehran səmasında nəzarəti bərqərar etdiyini bildirib.

Onun sözlərinə görə, İsrail iki əsas məqsədinə çatmağa doğru gedir: İranın nüvə imkanlarını zərərsizləşdirmək və raket arsenalını ləğv etmək.

Netanyahu həmçinin bildirib ki, İsrail hərbi əməliyyatlarını davam etdirdiyi üçün Tehrandakı vətəndaşların təxliyəsi tələb olunub.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …