Cümə , Aprel 17 2026
azfa

İsrail Suriyada İran hərbi bazalarına raket zərbələri endirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, gecə saatlarında İsrail ordusu Suriyada yerləşən İran hərbi bazalarına raket zərbələri endirib.

Suriyanın rəsmi dövlət xəbər agentliyi olan “SANA” xəbəri təsdiq edib və hücum zamanı üç Suriya zabitinin də öldüyünü bildirib.

Bununla yanaşı, eyni vaxtda Suriyanın Tartus limanında İrana məxsus “Arzin” adlı neft daşıyan gəminin vurulduğu qeyd olunub.

İran İnqilab Keşikçilərinin (SEPAH) nəzarətində olan media orqanları da xəbəri təsdiqləyib və bunu “Hz. Zeynəb” ziyarətgahına raket hücumu kimi qələmə veriblər.

Qeyd edək ki, “Hz. Zeynəb” ziyarətgahı ilə İran hərbi bazasının arasında olan məsafə 1 kilometrdən çoxdur və raket hücumunun əsas məqsədinin terror təşkilatı Sepah yaraqlılarının toplaşdığı yer oldub.  

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …