Cümə axşamı , Sentyabr 17 2026
azfa

İsrail və ABŞ-ın İrana hücumu gözlənilir

GADTB: Regionda davam edən proseslərdən aydın olur ki, İsrail və ABŞ İrana daha güclü və həll edici hücuma hazırlaşırlar.

Bu istiqamətdə ABŞ mümkün hücum üçün Yaxın Şərqə tanker təyyarələri yerləşdirib.

Bu barədə “Colonelcassad” Teleqram kanalı məlumat yayıb.

“Ola bilsin ki, hücum İranın yeraltı nüvə obyektləri (xüsusilə Fordov və İsfahanda) və ya husi üsyançılarının dağlarda pilotsuz təyyarələr və hipersəs raketlərinin yığıldığı bazaları ola bilər”, – kanal qeyd edib.

Bu arada isə İsrailin İranda bütün müşahidə kameralarına nəzarət etdiyi bildirilir.

İsrailin kəşfiyyat üstünlüyü çox vaxt texnologiyanın üstünlüyü və internet platformasından istifadə etməsi səbəbindən 90%-ə çatır. Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mahmud Nəbəvian televiziyaya müsahibəsində deyib:

Onun sözlərinə görə, İranda bütün şəhər kameraları, o cümlədən qovşaqlardakı kameralar İsrailin nəzarəti altındadır.

“Bu kəşfiyyat üstünlüyü 12 günlük müharibə zamanı İran rəsmilərini izləmək, o cümlədən İran Milli Təhlükəsizlik Şurasının iclasının yerini müəyyən etmək üçün istifadə edilib”.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …