Cümə axşamı , Yanvar 2 2025
azfa

İsraildə Azərbaycan türkcəsi universitetdə tədris olunacaq

GADTB: İsraildə yaşayan azərbaycanlı yəhudilərin sayı və iki ölkə arasında münasibətlərin daha da genişlənməsi fonunda İsraildə Azərbaycan dili və mədəniyyətinə maraq artmaqdadır. Bu barədə Yəhudi Media Mərkəzi məlumat yayıb.

Mədəni əlaqələrin dahada inkişaf etdirilməsi məqsədilə İsrailin “Bar-İlan” Universitetində Azərbaycan dilinin tədris olunacağı bildirilir.

Bir müddət əvvəl isə İsrailin Kiryat Yam şəhərində Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində “Ana dili – Azərbaycan məktəbi” layihəsi ilə əlaqədar olaraq tədbir keçirilib.

Qeyd edək ki, bu və bu qəbildən olan, xalqların mədəni yaxınlaşmasına hesablanan işlər İranın dövlət mediası tərəfindən qısqanclıq və tənqidlərlə qarşılanır.

Bu tənqidlər Ermənistanda fars dilinin tədrisinin genişləndirilməsi və İranda erməni dilinin inkişafı ilə bağlı Tehran-İrəvan arasında yeni müqavilələrin bağlanması fonunda edilir.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …