Cümə axşamı , Mart 28 2024
azfa

İstanbulda Güney Azərbaycana aid türkcə film günləri keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci il dekabrın 7-dən 11-dək Türkiyənin İstanbul şəhərində Güney Azərbaycana aid türkcə film günləri keçiriləcək.

Festival “İran kinoteatrından türkcə film günləri” adı altında Yeşilcam kinoteatrında keçiriləcək.

Festival çərçivəsində Güney Azərbaycanda çəkilmiş hər gün saat 19:00-da bir uzun metrajlı türkcə filmlər nümayiş etdiriləcək. Festivalın ilk günündə Əsğər Yusifinəjadın “Ev” filmi, ikinci gündə isə Ərk qardaşlarının “Soyuq” filmi, üçüncü gündə isə “Rəhbər Qənbərinin “O” və dördüncü gündə mərhum Yədulla Səmədinin “Saray” filminin nümayiş etdiriləcəyi bildirilir.

Festivalda Güney azərbaycanlı rejissorların 17 filmi nümayiş etdiriləcək: nümayiş etdiriləcək filmlərin siyahısına daxildir: “Murdar” (Bəhram və Bəhmən Ərk),    “İkinci qat” (Rza Cəmali), “Gələcək” (Həmid Əzizi), “Mən İsmətəm” (Leyla Novruzi), “Oyan” (İsmayıl Münsüf), “Qarlı damlar” (Haydə Muradi), “Qaral” (Qadir Fərivər), “Körpü” (Rza Cəmali), “Gün yanığı” (Bəhram və Bəhmən Ərk), “Ətirşahların qışı” (Leyla Əhədi), “Tanı” (Davər Nəcəfi),  “Son namaz” (Möhsün Xan Cahani), “Közmək” (Əlirza Səlmanpur).

Festivalın 2-ci günündə İran və Türkiyənin tənqidçi rejissorları Ehsan Kabil, Kamil Əngin, Rza Siyami və Rza Oylumun qatılımı ilə İranda türk kionusu və onun perspektivləri mövzusunda iclas keçiriləcək.

Festival çərçivəsində Güney Azərbaycanın Təbriz, Urmiya və Ərdəbil şəhərlərində məşhur məkanlar və binalar mövzusunda fotosərgi də keçiriləcək. Sərgidə Fəyyaz Bəhram, Səccad Radpur, Damla Həsənxanlı, Dohid Nayebi, Hüseyn Vahidi, Murtaza Pursəmədi, Məhəmməd Həmidi, Mehdi Əmirpur, Aydın Təbrizi, Sabir Qazi və Mehdi Meymənədi kimi fotoqrafların əsərləri sərgilənəcək.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın