Çərşənbə , Aprel 15 2026
azfa

İstanbulda terror törətməyi planlaşdıran 6 İŞİD üzvü yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinin “Anadolu” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, İstanbulda terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 6 nəfər İŞİD üzvü tutulub.

Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı törətməyə hazırlaşdığı barədə məlumat daxil olub. Bundan sonra İstanbulun Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli bilinən İŞİD-çi saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənəd və CD-lər aşkarlanaraq, götürülüb.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …