Kəlbəcərdə ermənilərin tarixi saxtalaşdırmaq üçün açdığı emalatxana aşkarlandı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusu Kəlbəcərdə “qədim erməni tarixi” istehsal edən emalatxana aşkar edib.

Bu barədə tanınmış jurnalist İbrahim Nəbioğlu faktları açıqlayıb.

“Erməni ustalar daş üzərində qədim ornament və xaç yonur, ona qədimi görünüş vermək üçün sirkədə saxlayıb, oksidləşdirirlər. Sonra isə daşları torpağa basdırır və bir müddət sonra artıq “tarixi olmuş əsərləri” üzə çıxarırlar”, – deyə İ.Nəbioğlu bildirib.

Qeyd edək ki, ermənilər son 25 ildə Kəlbəcər və Azərbaycanın digər bölgələrinə köçüb bu saxtakarlıq iddia edirlər ki, həmin əzəli Azərbaycan əraziləri onların neçə min illik torpağıdır.

“Tarix istehsal edən” sexdən fotoları təqdim edirik:

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın