Bazar ertəsi , Fevral 3 2025
azfa

Kərki Ermənistan ərazisindən tamamilə “silindi”

GADTB: Kərki kəndi “Quql xəritə”də Ermənistan ərazisindən tamamilə silib. Artıq bir müddətdir kənd bizim ölkənin ərazisində göstərilmir.

Bunu erməni vəkil Yervand Varosyan deyib.

O, bu məsələyə iki prizmadan yanaşılmalı olduğunu bildirib:

“Ümumiyyətlə bu dəyişikliyin hüquqi nəticəsi olmasa da, çox təhlükəli məsələdir. Arxasında kimin dayandığını düşünmək çətindir. Vəziyyət heç də ürəkaçan deyil. Hökumət də heç bir reaksiya vermir”.

Qeyd edək ki, bəzi erməni siyasətçilər İrəvanın Kərkinin Azərbaycana qaytarılması üçün hakim komanda daxilində müzakirələrin aparıldığını iddia edirlər.

Həmçinin yoxlayın

Azərbaycan Pakistana 2 milyard dollarlıq sərmayə qoyur

GADTB: Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq. Bu barədə Pakistanın “Dawn” nəşri məlumat yayıb. …

Qərbi Azərbaycan İcmasından Belçikanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etiraz

GADTB: Qərbi Azərbaycan İcması Belçikanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə bəyanatla etiraz edib: Belçika Krallığında yeddi …