İrəvanda Güney Azərbaycandan olan gənclərin “Qarabağ” mahnısını yayan şəxs həbs edildi – Video

GADTB: Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təqdimatından sonra İrəvanın mərkəzindəki Respublika meydanında Güney azərbaycanlılar tərəfindən ifa edilən “Qarabağ” mahnısının videosunu yayan şəxs İstintaq Komitəsinin vəsatəti ilə həbs edilib.

Videonu yayan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbəri G.B.-yə qarşı nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması ittihamı irəli sürülüb.

Bildirilib ki, 30 yanvar 2024-cü ildə İran vətəndaşları tərəfindən Respublika meydanında oxunan mahnını çəkərək, onun mahiyyətini təhrif edən təqdimatla yayan G.B bununla Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçiliyin qızışdırılmasına yönəlmiş cinayətlər törədib.

Qeyd edək ki, Güney azərbaycanlıların İrəvanın mərkəzində “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməsi Ermənistan sosial şəbəkə və mediasında müzakirələrə yol açmışdı.

Bunun ardınca Ermənistan MTX araşdırmalara başlamışdı.

Video:

https://t.me/GADTB1/40162

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …