Şənbə , Yanvar 11 2025
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal İbrahim Nuri məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən koronavirus təhlükəsinə görə rejimin Evin zindanında həbs etdiyi azərbaycanlı fəal İbrahim Nuriməzuniyyətə buraxılıb.

Azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin martın 12-də təxminən 21 ay həbsdən sonra birinci dəfə olaraq məzuniyyətə buraxıldığı bildirilir. Bundan əvvəl digər məhkəmə işlərinə görə 6 və 10 aylıq həbs hökmü olan fəal 16 aylıq həbs cəzasını başa vurduqdan sonra azadlığa buraxılmadı, məsullar hökmlərin cəmləşməsi və ən ağır hökmün tətbiq olunması ilə bağlı qanunun icra edilməsinə razılıq verməmişdir.

Korona epidemiyası ilə əlaqədar bundan öncə azərbaycanlı fəallardan Kiyanuş Aslani, Saleh Molla Abbasi və Süleyman Kazimi məzuniyyətə buraxılıb. Lakin Abbas Lisani, Yusif Kari, Tehranın Evin zindanında isə Əlirza Fərşi, Əkbər Nəimi, Tövhid Əmir Əmini, Cəfər Rüstəmirad, Kazim Səfabəxş, Zeynəb Həmrəng, Seyid Ehsan Şükrxudayi və digər azərbaycanlı fəalların hələ də zindanlarda həbsdə saxlanılır.

Qeyd edək ki, azərbaycanlı fəal İbrahim Nuri Azərbaycan türk millətinin hüquqlarını müdafiə etdiyi rejim tərəfindən həbs və işgəncələrə məruz qalır.

Həmçinin yoxlayın

Bayraktar KALKAN 54-cü sınağını tamamladı

GADTB: Bayraktar KALKAN DİHA PT-5 54-cü sınaq uçuşunu tamamlayıb. Bununla bağlı görüntülər Telegram kanallarında yer …

Hakan Fidan YPG-nin Fransa ordusunu Suriyanın şimal sərhədinə yerləşdirməklə bağlı çağırışına münasibət bildirib

GADTB: Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Bunu Türkiyənin xarici …

Bir cavab yazın