Cümə axşamı , Aprel 25 2024
azfa

İranın din mütəxəssisi əlaltılarının həbsinə görə Azərbaycan Respublikasını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimə bağlı olan İranın İslani Azad Universitetinin Siyasi İslami İcmalar İdarəsinin rəisi Məhəmməd Qurbani Gülşənabad Azərbaycan Respublikasında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət etdiyi üçün həbs edilən “İslam Partiyası”nın sədr əvəzi hacı İlham Əliyevlə bağlı məqalə yazaraq Azərbaycan Respublikasını hədələyib.

Azərbaycana qarşı həmin rejimin məmurunun yazdığı yazı rejimin Sepah terror təşkilatına məxsus “Farsnews” agentliyi, eləcə də rejimin Azərbaycana qarşı fəaliyyət göstərən “Arannews”, “Qafqa.ir” və digər bu Antiazərbaycan və antitürk saytlara yerləşdirilib.

Fars-molla rejiminə bağlı olan müəllif hacı İlham Əliyevin həbsini onun antiqərb görüşləri ilə əlaqələndirib və rəsmi Bakını təhdid edi. O həmin axund da daxil olmaqla, müxtəlif cinayətlər törətdikləri üçün həbs olunan Mövsüm Səmədov, Taleh Bağırzadə, Abgül Süleymanov və digər radikal islamçılarla bağlı Azərbaycan Respublikasını “tarixdən ibrət dərsi almağa” çağırıb.

Məhəmməd Qurbani Gülşənabad Azərbaycana qarşı yazdığı məqalədə dövlətə xəyanət maddəsi ilə tutulan hacı İlham Əliyevin günahsız kimi təqdim edib.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın