Bazar ertəsi , May 11 2026
azfa

Kürd terrorçuların Sulduza hücumu və soyqırım törətməsinin ildönümüdür

GADTB: Bu gün Sulduz əhalisinin Əbdürrəhman Qasımlının rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının terrorçuları və digər kürd terrorçu qrupları tərəfindən soyqırıma məruz qalmasının ildönümüdür.

1979-cu il İran İnqilabından sonra Əbdürrəhman Qasımlı başda olmaqla Kürdüstan Demokrat Partiyası terrorçuları Güney Azərbaycanın bir hissəsində kürdlərə muxtariyyət qazandırmaq iddiası ilə Güney Azərbaycan şəhərləri, xüsusilə Sulduza hücum edib günahsız əhalini soyqırıma məruz qoydu.

1979-ci ilin Bəhmən ayında Kürdüstan Demokrat Partiyasının terrorçuları Soyuq Bulaq (Məhabad) qarnizonunu qarət edib və sayı iyirmi mindən çox olduğu təxmin edilən silahlı ordu təşkil etdilər. Sonra partiya toplantısı keçirmək bəhanəsi ilə Azərbaycanın Sulduz şəhərinə daxil oldular.

Silahlı terrorçuların Sulduza daxil olması zamanı terrorçuların bəd niyyətindən və tamah ruhundan xəbərdar olan şəhər əhalisi həssaslığın, gərginliyin, qan tökülməsinin qarşısını almaq üçün partiya sədrlərini görüşün başqa yerdə keçirilməsinə razı salmağa çalışdılar. Amma şəhər camaatının bu cəhdi heç bir fayda vermədi. Bundan sonra Qasımlı və Molla Səlah (Sulduzun o vaxtkı sünni ruhanisi) şəhər ağsaqqalları ilə əlaqə saxlayıb şəhərin boşaldılmasını və təslim olmasını tələb etdilər.

Şəhər ağsaqqalları bu tələbi rədd etsə də ağır silahlanmış qoşun şəhərə zorla daxil olur və şəhərin küçələrinə axışaraq Sulduzun günahsız əhalisinə atəş açaraq onları öldürməyə başlayır. Sulduz əhalisi əlində olan azsaylı silahlarla terrorçulara müqavimət göstərməyə çalışsa da silah çatışmazlığı səbəbindən onların bu cəhdi ciddi nəticə vermir.

Döyüşlər başlayandan üç gün sonra Höcətülislam Qulamrza Həsəni radioda elan verərək xalqı terrorçuların fitnəsini dəf etməyə və xalq qüvvələri ilə Sulduza daxil olmağa çağırış edir. Nəhayət, 4 gün davam edən qanlı döyüşlərdən sonra kürd işğalçıları geri çəkilməyə məcbur edilir.

Həmin həftə demokratların törətdiyi acınacaqlı cinayətlər haqqında Qulamrza Həsəni deyir: “Ertəsi gün günorta saatlarında iki evə baş çəkdim, onlardan birində on bir nəfərin başı kəsilmişdi. Onları görəndə çox üzüldüm. Məsələn, 3 yaşlı qızın başını kəsərək 23 yaşlı anasının sinəsinə üç şişlə yapışdırmışdılar. Onların arasında qocalar da var idi. Daha 22 nəfər başqa yerdə asılmışdı. Başqa bir evdə bir gənc balta ilə parçalanmışdı. Bu cinayətləri törədənlər demokrat olduqlarını iddia edirdilər.”

Lakin bu proses bununla bitmədi. Mühacir və terrorçu kürdlər mühacir və qeyri-doğma olduqları üçün Cənubi Azərbaycanda hərbi məğlubiyyətə uğrasalar da, köç yolu ilə Azərbaycanda kürdlərin sayının artırılması, daha sonra isə siyasi və iqtisadi təsir yolu ilə Güney Azərbaycanın digər şəhərlərinin zəbt etməyi qarşıya məqsəd qoyublar.

Aydındır ki, İranın panfarsist rejimi ilə əlbir olaraq şəhərlərimizdə məskunlaşanları hələ də Cənubi Azərbaycan torpaqlarının daha böyük ərazisini işğal etmək kimi başqa düşüncələri var və daim Güney Azərbaycanın qərb hissəsinin şəhərlərinin işğal etməyi düşnürlər.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …