Cümə axşamı , Sentyabr 17 2026
azfa

Kürd terrorçuların Afrində böyük yalanı və qarayaxması ifşa edildi – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK-PYD terror qruplaşması Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatına qarşı apardığı qarayaxma kampaniyası çərçivəsində fərqli vaxtlarda, fərqli ərazidə çəkilmiş fotolardan istifadə edir.

Axar.az xəbər verir ki, qara təbliğata əl atan terrorçular fotolardakı məhv edilmiş texnikanın və əsir götürülmüş əsgərlərin Türkiyə Silahlı Qüvvələrinə aid olduğunu göstərməyə çalışır.

Məlumata görə, sosial şəbəkələrdə Afrində türk təyyarəsinin vurulması başlığı ilə paylaşılan fotonun 16 mart 2015-ci ildə Malaziyada qəzaya uğrayan nümayiş təyyarəsinə aid olduğu bildirilib. Türkiyə Silahlı Qüvvələrinə aid tankın məhv edilməsini əks etdirən fotonun 29 mart 2011-ci ildə Liviyada yandırılmış bir tanka aid olduğu üzə çıxıb. Türk əsgərlərinin əsir götürülməsi ilə bağlı yayılan fotonun isə 15 iyul çevriliş cəhdi zamanı çəkildiyi sübut edilib.

Qeyd edək ki, terrorçu PYP-PKK tərəfdarları sosial şəbəkələrdə paylaşdığı görüntülərlə türk ordusunun Afrində ağır itkilər verməsi ilə bağlı yalan informasiyalar yayır. Maraqlıdır ki, bu yalanları “adı açıqlanmayan terrorçu YPG rəsmiləri” adı ilə dünyanın böyük agentlikləri, o cümlədən “RİA Novosti” də tez-tez yayır.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …

Bir cavab yazın