Kürdlər Əsədlə Türkiyəyə qarşı birləşmək üçün Moskvaya müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyadakı terrorçu kürd hərbi dəstələri Rusiyaya müraciət edərək Suriya hökumətiylə müqavilə imzalanmasına yardım etməsini istəyiblər.

Bu məlumatı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kürdlərin bunun sayəsində Türkiyə tərəfindən olacaq hücumun qarşısını almağa çalışdıqlarını bildirib.

“Vaşinqton Post”a açıqlama verən terrorçu kürd liderlərdən biri olan Saleh Müslim hələlik Moskvanın kürdlərin Suriya hökumətiylə barışdırılması üçün hansısa öhdəlik götürmədiyini deyib:

“Biz yol xəritəsini Rusiyaya vermişik, sadəcə cavab gözləyirik. Kürdlərin təklifi Suriya hökumətinə bütün ölkə ərazisində suverenliyini təmin etməsinə imkan yaradacaq. Amma bunun əvəzində bizə özünüidarəyə izn verilməlidir”.

 

Həmçinin yoxlayın

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Bir cavab yazın