GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçi deyib ki, Kərkükü İraq Kürd Muxtariyyətinə ilhaq etmək istəyirlər.
“Kürd Müxtariyyətinin lideri N.Bərzani ilə İraq Baş naziri Adil Əbdülmehdinin münasibəti yaxşıdır. İraq kürdlərə ciddi şəkildə yardım edir.
Biz istəyirik ki, 2020-ci ildə Kərkükdə keçiriləcək seçkilərdə səsverməyə Türkiyə və beynəlxalq ictimaiyyət nəzarət etsin. Əks halda heç bir türkman seçkidə iştirak edə bilməyəcək. Bununla da Kərkük İraq Kürd Müxtariyyətinə veriləcək”, – o bildirib.