Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Kürdlərin Komele terror təşkilatı İtrandan İsrailə casusluq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Kəşfiyyat Nazirliyi bildirib ki, həbs edilən İsrail vətəndaşları “Koməle” təşkilatının üzvləri olublar.

İran mətbuatında ölkədə İsrailə bağlı “terror qrupu”nun həbsinə dair xəbər yayıldıqdan sonra İranın ETTELAAT Nazirliyi sözügedən qruplaşmanın üzvlərinin “Koməle” terror təşkilətına bağlı olduğunu bildirib.

“Təsnim” xəbər ajansının xəbərinə görə, ETTELAAT Nazirliyi bununla bağlı yaydığı üçüncü bəyanatda iddia edib ki, adıçəkilən qrupun məqsədi ölkənin “həssas müdafiə sənayesi mərkəzini” partlatmaq olub.

İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın “Noor News” saytı daha əvvəl həmin qrupun İsfahan əyalətində ölkənin əhəmiyyətli sənaye mərkəzlərindən birinə bomba yerləşdirdiyini iddia etsə də, belə bir partlayış baş verməyib.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …