Cümə , Sentyabr 18 2026
azfa

Livanda İran səfirinin gözü çıxıb, Tehrana aparılır

GADTB: Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə ciddi zədələnib. Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Sepah rəsmiləri nəşrə bildiriblər ki, Amaninin xəsarətləri ilkin məlumatda deyildiyindən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq.

Qeyd olunur ki, Livandakı Hizbullah qruplaşmasının 1500-ə yaxın üzvü peycerlərin partlaması nəticəsində görmə qabiliyyətini itirib.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda rabitə cihazlarının partlaması nəticəsində 4 minə yaxın insan yaralanmışdı.

İranın Beyrutdakı səfirliyi bu gün “X” hesabında Livandakı partlayışda İran səfiri Müctəba Əmaninin səhhəti ilə bağlı paylaşımında iddia edib:

“İran səfirinin müalicəsi uğurla davam edir və onun sağlıq durumunun pis olması və ya görmə_qabiliyyətini itirməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …