Şənbə , Dekabr 7 2024
azfa

Məhkəməyə müraciət edən azərbaycanlı milli fəal oğurlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən mayın 18-də səhər saatlarında Urmiyada rejimin məhkəməsinin hökmləri icra edən şöbəsinə gedən azərbaycanlı milli-mədəni fəal Qulam Hüseynquluzadənin (Qulizadə) vəziyyəti barədə heç bir xəbər yoxdur.

Rejimin bir il həbs cəzasına məhkum etdiyi Urmiya sakini olan azərbaycanlı fəal Qulizadə dünən cəzanın icrası üçün hökmləri icra edən məhkəmənin 9-cu şöbəsinə gedib. Lakin fəal oğurlanıb və ondan heç bir məlumat verilmir.

Qeyd edək ki, Qulam Qulizadə 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən Babək Qalası Qurultayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. Yaxalanan zaman fəal məmurlar tərəfindən vəhşicəsinə döyülmüşdür. Qulizadə, bir gün xəstəxanada müalicə aldıqdan sonra rejimin Urmiyadakı zindanına köçürülmüşdür.

Qulam Qulizadə 25 gün saxlandıqdan sonra mülki vəsiqə ilə  müvəqqəti zaminə buraxılmışdır.

Qulizadə rejimin Urmiyadakı İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “Milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilmişdir. Lakin daha sonra rejimin Urmiyadakı Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi verilən cəzanın müddətini bir ilədək azaldıb.

Azərbaycanlı fəal mədəni fəaliyyətlərinə görə, dəfələrlə yaxalanıb və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …

Bir cavab yazın