Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

Mərakeş İran adlanan ölkə ilə diplomatik əlaqələrini kəsərək səfiri qovdu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Mərakeş İran adlanan ölkə ilə əlaqələrini kəsərək İran səfirini İrandan qovub. Bu barədə Mərakeşin xarici işlər naziri Nasir Bureyta may ayının 1-də jurnalistlərə açıqlamasında məlumat verib.

Məlumata görə, İran adlanan ölkəni və onun dəstəklədiyi Livan “Hizbullahı”nı Mərakeşin daxili işlərinə qarışmaqda və bölücü Polisario Cəbhəsi qüvvələrini silahlandırmaqda günahlandıran Mərakeş xarici işlər naziri deyib ki, rəsmi Rabat Tehranla bütün diplomatik əlaqələrini kəsərək, İran səfirini ölkədən qovub: “İran və onun müttəfiqi olan Livan “Hizbullah”ı, bölücü Polisario Cəbhəsi qüvvələrini silahlandırır, onlara hərbi təlimlər keçir, hərtərəfli yardım edirlər. Məhz buna görə də, bizim Tehrandakı səfirliyimizi bağlamaqdan, İranla diplomatik əlaqələrimizi kəsməkdən başqa yol və çarəmiz qalmayıb”.

“Əlcəzirə” telekanalı məsələ ilə bağlı yaydığı məlumatda Livan Hizbullahının son vaxtlar Polisario Cəbhəsinə “yer-göy” raketləri verməsi də İranın Əlcəzayirdəki səfirliyinin də buna icazə verdiyi qeyd olunub.

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …

Bir cavab yazın