Bazar , Noyabr 15 2026
azfa

Məsud Pezeşkian prezident seçilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə seçkilərin yekun nəticələri müəyyən olub.

Məlumata görə, ümumilikdə 30 530 157 səs sayılıb. Azərbaycanlı namizəd Məsud Pezeşkian 16 384 403 səs ilə prezident seçkilərinin qalibi olub.

Bildirilib ki, seçici fəallığı 49,8 faiz olan seçkilərdə Məsud Pezeşkian 53,6 faiz səs toplayaraq İranın 9-cu prezidenti seçilib.

Səid Cəlili isə 13.538.179 səs toplayıb.

Qeyd edək ki, molla rejimi min bir oyunla əhalini səs verməyə vadar edib ki, özünə legitimlik qazansın. Lakin əhalinin müəyyən qisminin seçkiyə getməsi rejimə görə deyil bə bu rejimin legitim olması anlamına gəlmir.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …