Şənbə , İyul 27 2024
azfa

Makıda futzal yarışında azərbaycanlı fəallar milli şüarlar səsləndirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Makı şəhərində iyin ayının 17-də Rəməzan kuboku çərçivəsində Vəliəsr stadionunda keçirilən futzal yarışında azərbaycanlı tamaşaçılar gur səslə “Azərbaycan, Azərbaycan”, “Yaşasın Azərbaycan” və s. milli şüarlar səsləndiriblər.

Qeyd edək ki, Güney Azərbaycanda irqçi fars rejimi güclü polis rejimi yaratmaqla heç bir etiraza imkan vermədiyi üçün əhali stadionlarda etiraz etməyə məcbur olurlar. Bir neçə gün öncə isə Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı fəallar Sulduzun 2 min nəfərlik stadionunda milli şüarlar səsləndirib mühacir kürdlərin iddialarına qarşı çıxmışdılar.

Təəssüflə irqçi fars rejiminin planı əsasında Azərbaycana köçən kürdlər irqçi fars rejiminin istəyi ilə Azərbaycana qarşı farsların əlində alətə çevrilirlər. Bu da Azərbaycan türk millətinə ciddi təhlükə qarşısında qoyub.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …

Bir cavab yazın