Maliyyə böhranında olan Rusiya türk düşməni Ermənistana “isgəndər” üçün faizsiz kredit verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, beynəlxalq sanksiyalar nəticəsində maliyyə böhranında olan Rusiya türk düşməni Ermənistana isgəndər raketləri almaq üçün növbəti dəfə faizsiz kredit ayırır. Bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti mənbəyə istinadən xəbər yayıb.

Məqsəd isə Azərbaycanın 20 faiz torpaqlarını işğal edən türk düşməni Ermənistanı daha güclü silahlarla təchiz etməkdir. Bildirilir ki, bu dəfə kredit əvvəlkilərdən fərqli olaraq faizsiz veriləcək.

“Kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi nəzərdə tutulur”, – deyə qəzet yazır.

 

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın