GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin noyabrın 7-də həbs etdiyi tanınmış azərbaycanlı fəal Yürüş Mehrəlibəylinin anası və ailə üzvləri rejimin həbs etdiyi 13 nəfər azərbaycanlı milli fəalla bağlı video-müraciət yayıb.
Yürüş Mehrəlibəylinin anası Sarıgül xanım və ailə üzvləri həbs edilmiş azərbaycanlı fəalların plakatlarını qaldırmaqla video-müraciət yayıblar.
Fəalın anası və ailə üzvləri bundan əvvəl həbs edilən və hazırda Təbrizdə molla rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılan başqa 13 mədəni fəalın adlarını çəkərək, onlara azadlıq tələb ediblər.
Onların hər birinin adını çəkən Sarıgül xanım fəalları evladı adlandırır və hökumətə xitabən “evladlarımı azad et” deyib.
Qeyd edək ki, Yürüş Mehrəlibəyli bundan əvvəl də dinc milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.