Çərşənbə axşamı , İyun 16 2026
azfa

Millət vəkilindən Güney Azərbaycan mədənlərinin irqçi fars rejimi tərəfindən talanmasına etiraf

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycanın müxtəlif mədənlərini talayaraq fars bölgələrinə daşıyır. Üstəlik həmin mədənlərin mənfəətindən Güney Azərbaycana heç nə verilmir. XIX əsrdə fars rejiminin Güney Azərbaycanda müstəmləkə siyasəti o qədər kəskin hal alıb ki, artıq rejimə bağlı olan yerli millət vəkilləri də irqçi fars rejiminin Güney Azərbaycana qarşı müstəmləkə siyasətinə etiraf etmək məcburiyyətində qalırlar.

İrqçi fars rejiminin məclisində Təbrizdən millət vəkili olan Fərhəngi fars rejiminin Güney Azərbaycan mədənlərini talaması və Azərbaycana qətiyyən heç bir mənfəət verməməsinə etiraf edərək deyib ki, Azərbaycanın Süngün mis mədənindən əldə edilən mənfəətdən Azərbaycana heç nə verilmir. Bu mədənin illik gəliri 300 milyard rialdır və Azərbaycan banklarında da bu vəsait dövriyyə etmir. Azərbaycan öz mədənlərindən heç bir xeyir götürmür.

Fərhəngi həmçinin qeyd edib ki, hətta Azərbaycanda yerləşən bu mədənin gəlirinin vergisi də Azərbaycan banklarında ödənilmir. Yəni Azərbaycanda yerləşən mədənin Azərbaycana heç bir mənfəəti yoxdur.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …

Bir cavab yazın