Türkiyə türk yurdu Krımı Rusiya ərazisi saymır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya birləşdirilməsinin 4-cü ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda hazırda Krımda mövcud olan idarəçiliyin tanınmadığı bildirilib.

“Beynəlxalq hüququn pozulması ilə nəticələnən bu qərarı bir daha tanımadığımızı bəyan edirik. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyimizi ifadə edirik”, – bəyanatda bildirilib.

Qeyd edək ki, 2014-cü ilin martın 16-da Krımda keçirilən referendumda 96 faizdən çox səslə yarımadanın Rusiyaya birləşdirilməsi qərar verilmişdi.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …

Bir cavab yazın