GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın paytaxtı Bakıda Milli Strateji Düşüncə Mərkəzinin “Güney Azərbaycan:problemlər və perspektivlər” mövzusunda növbəti tədbiri keçiriləcək. Tədbirdə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə çıxış edək.
Milli Strateji Düşüncə Mərkəzin sədri sayın İsa Qəmbərin öz facebook səhifəsində yaydığı məlumata görə, tədbir Müsavat Partiyasının mərkəzi qərargahında 2 aprel 2019-cu il, saat 15:00-17:00-da keçiriləcək.
İsa Qəmbər həmçinin yazır:
Azərbaycanımızda proseslərin sürətlənməsi və mürəkkəbləşməsi regionda və dünyada proseslərin kəskinləşməsinin tərkib hissəsidir.
Ölkəmizdə mövcud problemlərin düzgün qiymətləndirilməsi və doğru qərarların qəbul edilməsi üçün regional və dünya miqyaslı prosesləri görmək, müzakirə etmək və dəyərləndirmək vacibdir.
Odur ki, “çox da uzağa getməyək”, Güney Azərbaycanda və qonşumuzda son zamanlar baş verənləri müzakirə edək.
Tədbir media və maraqlananlar üçün açıq olacaq.