Cümə axşamı , İyul 30 2026
azfa

Azərbaycan prezidenti Ermənistanın baş naziri ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.

Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz Tvitter səhifəsində yazdığı məlumatda bildirilir ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.

 

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Bir cavab yazın