Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Molla rejimi Əli Babayini Təbriz İnqilab Məhkəməsində mühakimə etdi

GADTB: Azərbaycanlı fəal “Əli Babayi” 5 sentyabr 2026-cı il Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Həmlbərin sədrliyi ilə “rejim əleyhinə təbliğat” ittihamı üzrə mühakimə olunub.

Daxil olan məlumatlara görə, hazırda Təbriz Mərkəzi Həbsxanasının “təhlükəsizlik və sağlamlıq bölməsi” kimi tanınan 7-ci bölməsində saxlanılan Əli Babayi məhkəmə iclasında iştirak etmək üçün həbsxanadan Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə aparılıb və iclas başa çatdıqdan sonra yenidən həbsxanaya qaytarılıb.

Azərbaycanlı fəal daha əvvəl də bir sıra məhkəmə işləri ilə üzləşib. Əvvəlki işlər üzrə çıxarılmış hökmlərə əsasən, o, “Demokratlar” adlanan qrupa üzvlük ittihamı ilə 2 il 9 ay, İran İslam Respublikasının təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq ittihamı ilə isə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Əli Babayi ilə bağlı son məhkəmə prosesi onun hələ də Təbriz Mərkəzi Həbsxanasında saxlanıldığı bir vaxtda davam edir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …