
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT İdarəsinə çağırıb.
Rejimin ETTELAAT İdarəsindən Traxtur komandasının Ərdəbildə liderlərindən olan azərbaycanlı fəal Saman Bidarı ETTELAAT İdarəsinə çağırıblar.
Azərbaycanlı fəal telefonla çağrılmanın qanunsuz olduğunu bildirərək ETTELAAT İdarəsinə getməkdən imtina edib.
Rejimin ETTELAAT məmurları fəalın evinə hücuma keçib və evdə axtarış aparıblar. Saman Bidar evdə olmadığı üçün onu yaxalaya bilməyiblər.
Azərbaycanlı fəal bundan öncə də rejimin məmurları tərəfindən yaxalanaraq həbsə məhkum edilmişdi.