Çərşənbə , Noyabr 18 2026
azfa

Türkiyə Çindən uyğur türkləri ilə bağlı izahat istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Çinin Sincan Uyğur Muxtar Bölgəsinin (Şərqi türküstanın) mərkəzi Urumçidə baş verən yanğında ölənlərlə bağlı Çin rəsmilərindən izahat istəyib.

Türkiyə Xarici İşlər Nazirliyi sözügedən mövzu ilə bağlı yazılı məlumatında bildirib: “Çinin Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş verən yanğında həyatını itirənlərin və yaralananların olduğunu dərin hüznlə öyrəndik. Türkiyə bu faciəli hadisə ilə bağlı başsağlığı verir və yaralananlara tezliklə sağalmalarını diləyirik.

Yanğının səbəbi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını gözləyir, Çin səlahiyyətlilərindən izahat tələb edirik.”

Xatırladaq ki, Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib. Yanğının baş verdiyi mənzilin sakinlərinin karantin səbəbindən evlərini tərk edə bilməmələri, yanğınsöndürənlərin metal sədlər və şlaqbaumlarla əhatə olunmuş kompleksə daxil olmağı bacarmamaları ilə bağlı iddialar etiraza çevrilən reaksiyalara səbəb olub.

Həmçinin yoxlayın

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Traxtur komandası yenidən İstanbul üzərindən Omana yollanacaq

GADTB: Cənubi Azərbaycanın Traxtur komandası Asiya Elitlər Liqasında iştirak etmək üçün yenidən dolayı marşrutla Omana …