Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı jurnalisti həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbil şəhərindən olan jurnalist və sosial media fəalı Sina Bəndəlizadəni həbs edib.

Rejimin ETTELAAT məmurlarının jurnalisti yanvarın 15-də həbs edərək naməlum yerə apardıqları bildirilib.

Hələlik Sina Bəndəlizadənin nədə ittiham edildiyi barədə məlumat yayılmayıb.

Qeyd eək ki, Sina Bəndəlizadə bundan əvvəl Ərdəbildəki problemləri işqılandırdığı və məsulların fəaliyyətsizliyini tənqid edən yazılarla çıxış edib.

Azərbaycanlı jurnalist əvvəllər Germi və Biləsuvarda meydana gələn sel, Xoyda baş verən zəlzələ və təbii fəlakətdən əziyyət çəkən azərbaycanlıların acınacaqlı durumu ilə bağlı sosial media kanallarında pylaşımları ilə məşhurlaşıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …