Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Ərdəbildə azı 3 reperi həbs edib

GADTB: İrqçi fars-molla rejimin qüvvələri Ərdəbili reperlərin toplantısı hücum ediblər.

Cümə axşamı axşam saat 20:00-da bir neçə Ərdəbilli reper toplaşdıqdan və rep musiqisi ifa etdikdən sonra molla rejimin qüvvələri toplantıya basqın edərək bir neçə ərdəbilli reperi həbs ediblər.

Reperlərdən ən azı 3-nün həbs edildiyi bildirilir. Həbs olunan reperlərin birinin “Tayfun” (Mehdi, soyadı məlum deyil) ləqəbli reper olduğunu qeyd edilib. Qalan iştirakçılar isə zorakılığa məruz qalaraq dağılışıblar.

Baş verən hadisə Güney Azərbaycanda rep musiqisi və digər sənət növlərinin hökumət tərəfindən sərt məhdudiyyətlərlə üzləşdiyini bir daha göstərir.

Qeyd edək ki, sənətçilərin bu şəkildə məhdudiyyət və zorakılıqla qarşılaşması onların hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …