Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi Ərdəbildə Turan adlı qrupun idarəçilərindən birini həbs etdiyini iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə Turan adlı qrupun idarəçilərindən birini həbs etdiyini iddia edir.

Molla rejimi iddia edir ki, Ərdəbil vilayətində rejimin kəşfiyyat qüvvələri xaricdəki bəzi etnik mənsublarla əlaqədə olan Turan etnik qrupunun idarəçilərindən birini “insanları iğtişaşlara təhrik etdiyinə, müqəddəsləri təhqir etdiyinə və rejim məmurlarını təhqir etdiyinə” görə həbs edilib.

Qeyd edək ki, Güney Azərbaycanda Milli Hərəkatda Turan adlı qrupun olması barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …