Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi azərbaycanlı həkimə sürgündə 15 il həbs cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı həkim Həmid Qarahəsənliyə verdiyi 15 il sürgündə həbs cəzasdını təsdiqlədi.

Qərtara əsasən azərbaycanlı həkim Yəzddə sürgündə həbs cəzasını çəkəcək.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və xanımı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.

İrqçi fars-molla rejimi  etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi məsələsi ilə bağlı şərlədiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbsə məhkum etmişdi.

Hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzdə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhədə 5 il sürgündə həbsə məhkum edilmişdilər.

Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci il noyabrın 4-də Kərəcdə Hədis Nəcəfinin qırx mərasimi zamanı həbs edilib və radikal Bəsic qüvvələrinin üzvü Ruhllah Əcəmiyanın öldürülməsində iştirak etdikləri ittihamı ilə mühakimə olunmuşlar.

Azərbaycanlı həkim və onun həyat yoldaşı həbsdə vəhşicəsinə işgəncə edilmişlər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …