GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Apelyyasiya Məhkəməsinin 26-cı şöbəsi Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Mahmud Ocaqlı barədə 11 il həbs və əlavə cəzalar qərarını təsdiq edib.
Azərbaycanlı fəal “hökumətə qarşı təbliat” və “cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” və “ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün vətəndaşları qarşıdurma və qırğın törətməyə sövq etmək”də ittiham olunub.
Bununla yanaşı mədəni fəalın həbs müddəti başa çatdıqdan sonra onun iki il müddətinə ölkəni tərk etməsi, siyasi və ictimai qruplara üzv olması, sosial mediada fəaliyyət göstərməsi qadağan edilib.
Mahmud Ocaqluhəbsdə olduğu müddətdə vəkillə təmin olunmayıb və onun ailəsi ilə görüşməsinə icazə verilməyib, həmçinin məhkəmə orqanları onun zaminə buraxılmasına mane olublar.
Qeyd edək ki, Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.
Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.