Bazar , Fevral 25 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəalın dosyesini məhkəməyə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalın dosyesini məhkəməyə göndərib.

Dünən azərbaycanlı milli fəal Peyman İbrahim Dinvəri barəsində açılan iş “hakimiyyətə qarşı təbliğat aparmaq, kiber məkanda xaos yaratmaq və rəhbəri (Xameneyi) təhqir etmək” ittihamları üzrə araşdırılması üçün Təbrizdə rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib.

Qeyd edək ki, azərbaycanlı milli fəal avqustun 26-da atasının evində molla rejimin mülki geyimli qüvvələri tərəfindən həbs edilmişdi.

Azərbaycanlı fəal uzun müddət qeyri-müəyyən vəziyyətdə həbsdə saxlandıqdan sonra məhkəməyə qədər girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …